Moskvada azərbaycanlı milyarderin ofisi talanıb

Moskvada azərbaycanlı milyarder Vaqif Məmişovun ailəsinə məxsus ofisdə hüquq-mühafizə orqanları 500 mln rublun oğurlanması faktı üzrə axtarış aparıblar. ANS "Fontanka" internet portalına istinadən bildirir ki, Vaqif Məmişov özü əməliyyatçıların əməlini «təhqir» sayıb və düşünüb ki, ictimaiyyəti bilərəkdən «ona qarşı qaldırırlar».

Rusiya mətbuatının yazdığına görə, əməliyyatda həm iqtisadi cinayətlərə qarşı polis dəstəsi, həm də çevik polis qruplaşması iştirak edib. Araşdırmada əslində qanunsuz əlavə dəyər vergisi tutulması ilə bağlı məhkəmə instintaqı olub. Hüquq mühafizə orqanları möhtəkirliyə uğramış şirkətin Məmişovlara aid şirkətlərlə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün bu axtarışı apardıqlarını bildiriblər. Vaqif Məmişovun özü isə baş verənlərin nə olduğunu dəqiq bilmədiyini deyib. O, həmçinin baş verənlərlə bağlı məhkəməyə müraciət edəcəklərini söyləyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri