Paytaxtda 18 mərtəbəli binada yanğın olub

Paytaxtda 18 mərtəbəli binada yanğın olub. Bu barədə Trend məlumat verib.


Xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda 18 mərtəbəli 2 bloklu yaşayış binasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə kimi şaxtadan keçən kabellərin izolyasiyası 150 p.m və 18 ədəd elektrik sayğacı yanıb.


Mənzillər yanğından mühafizə olunub.


Yanğın zamanı yanğınsöndürənlər tərəfindən təhlükəli zonadan 24 nəfər bina sakini (onlardan 6 nəfəri azyaşlı uşaq, 4 nəfər yaşlı adam olmaqla) təxliyə olunublar.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri