3 uşaq atası bədbəxt hadisənin qurbanı oldu

Bu gün saat 14:00 radələrində Xaçmazda bədbəxt hadisə baş verib.


ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, 30 yaşlı Ceyhun Əlisafa oğlu Nəcəfov cərəyan vurması nəticəsində dünyasını dəyişib. Hadisə baş verən zaman Ceyhun Nəcəfov həyətyanı ərazidə təsərrüfat işləri görürmüş.


Qeyd edək ki, Ceyhun Nəcəfov ailəlidir və 3 uşaq atasıdır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri