Əri tərəfindən döyülən gənc gəlin intihara cəhd etdi

Ötən gün Ağstafa rayonunda 21 yaşlı gəlin intihara cəhd edib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağstafa rayon Qırılı kənd sakini Şəfa Sahib qızı Məmmədova 5 il öncə ailə həyatı qurub.


Yaxın qohumlarının sözlərinə görə, ər evində qadınlara çox təyziq edilib. Bu səbəbdəndə zəhərli maddə içərək özünü öldürməyə çalışıb. Həkimlər dərhal xəstəxanaya çatdırılan qadının həyatını xilas edə biliblər.


Yaxınlarının sözlərinə görə, Şəfa zəhər içməmişdən öncə həyat yoldaşı ilə mübahisə edib və əri onu döyüb. Bunu onun bədənindəki qançırlardanda aydın görmək olar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri