Şagirdinə nəşə verən əxlaqsız müəllimə evində həbs edildi


26 yaşlı müəllimə Stefani Peterson ABŞ-ın Florida ştatındakı Nyu-Smirna şəhərində, evində həbs olunub.

O, çalışdığı məktəbdə 14 yaşlı şagirdi cinsi əlaqəyə sövq etməkdə və təcavüzdə suçlanır.

Nyu-Smirna polisindən verilən məlumata görə, S.Peterson 14 yaşlı şagirdini ötən ilin noyabrında tovlayıbmış. Üstəlik, Peterson şagirdinə nəşə və narkotik maddə qəbul etmək üçün xüsusi "qab" da alıb hədiyyə veribmiş.
Əxlaqsız müəllimlə bağlı məktəb artıq qərar qəbul edib: Stefani Peterson işdən azad olunub.

Stefani Peterson 2015-ci ildə şəhər yanğınsöndürmə xidmətinin zabiti Brendon Petersonla ailə qurub.

"Stefani Peterson sosial şəbəkələrdə "Ferri" adı ilə qeydə aldırdığı akkauntlardan 14 yaşlı şagirdinə çılpaq fotolarını yollayıb, onunla əxlaqsız mövzularda yazışıb. Müəllimə faktiki olaraq şagirdini tovlayıb. Daha sonra isə o, şagirdinə nəşə alıb verib", - polisin açıqlamasında deyilir.

S.Petersonun əri, 31 yaşlı Brendon Peterson olayla bağlı heç bir açıqlama vermək istəməyib.





milli.az
Şərhlər
Maraqlı bölməsinin xəbərləri