“VAZ-21011” “Niva” ilə toqquşub

Bu gecə Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol qəzası baş verib.



Rayon polis şöbəsindən ANS-in bölgə müxbirinə verilən məlumata görə, Xaçmazdan Quba istiqamətində hərəkətdə olan 26 yaşlı Razi Şükürovun idarə etdiyi “VAZ-21011” markalı 10 DP 432 qeydiyyat nömrə nişanlı avtomobil magistrala çıxan Xosrov Allahverdiyevin idarə etdiyi “Niva” markalı 40 BF 817 qeydiyyat nömrə nişanlı avtomobilə çırpılıb.



Qəza zamanı avtomobillərə əzilsə də, sürücü və sərnişinlərdən heç kim xəsarət almayıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri