Şamaxı sakini kanalizasiya quyusuna düşərək ölüb

Şamaxı sakini bədbəxt hadisə nəticəsində ölüb.



APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 9-da Şamaxı şəhərinin ərazisində şəhər sakini Rasim İmanov ehtiyatsızlığı nəticəsində kanalizasiya üçün qazılmış quyuya düşüb və üstünə torpaq tökülməsi nəticəsində dünyasını dəyişib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri