FHN aeroport şossesində baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yaydı

FHN aeroport şossesində sərnişin avtobusunun iştirakı baş verən qəza ilıə bağlı rəsmi məlumat yaydı.


Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Xəzər rayonunda "Daewoo" markalı avtobus, "KİA" və "BYD" markalı iki minik avtomobili toqquşub.


Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilmişdir. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KİA" markalı avtomobilin sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.


Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri