Bakıda avtomobili qaçıran qadın Gəncədə yaxalandı

Bakıda avtomobili qaçıran qadın Gəncədə yaxalandı Təxminən bir ay bundan əvvəl Bakıda minik avtomobilini qaçıran Daşkəsən sakini Gəncədə yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 13-ü saat 04 radələrində M.Rüstəmov küçəsində Bakı şəhər sakini Murad Davudova məxsus "Hyundai-Sonata" markalı avtomobil qaçırılıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Daşkəsən rayon sakini Aygün Məmmədova iyulun 9-da avtomaşınla birlikdə Gəncə şəhərində tutulub.

Faktla bağlı araşdırma davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri