Bakıda qız üstündə kütləvi dava

İyulun 9-u saat 20:00 radələrində Bakıxanov qəsəbəsində (keçmiş Razin-red.) Sabunçu Rayon İcra Hakimiyyəti önündə kütləvi dava olub. Davaya səbəb isə bir oğlanın avtomobil idarə edən gənc qıza sataşması olub.

Davaya şahidlik etmiş bir gənc “Yeni Müsavat”ın hadisə yerində olan əməkdaşına bunları deyib: “İcra hakimiyyəti önündə maşın idarə edən bir gənc xanıma oğlan sataşmağa başlayıb. Qız qardaşına zəng edib onu köməyə çağırıb. Həmin adam qızı təqib edirmiş, ondan əl çəkmirmiş. Qız da naləc qalıb qardaşına bu haqda xəbər verib. Qardaşı da öz dostları ilə “Niva” markalı maşında ora gəlib. Gənclərin əlində beysbol taxtası olub və əsəblərinə hakim ola bilməyən qardaş və onun dostları oğlanın maşınını əlindəki beysbol taxtası ilə yararsız hala salıblar. Dava yerinə az sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Oğlanı və onun dostlarını polis maşınına mindirilib hadisə yerindən uzaqlaşdırıblar. Hadisənin tamaşasına duran insanların çoxluğundan ciddi narahat olan polislər insanları hadisə yerindən uzaqlaşdırıblar.”




ANS
Şərhlər
Hadisə bölməsinin xəbərləri