Yol polisindən sürücülərə alternativ yol

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhər DYP əhalinin və avtomobil sürücülərinin nəzərinə çatdırır ki, Sumqayıt, Xırdalan və digər istiqamətlərdən Bakıya 20 yanvar tərəfdən daxil olan avtomobil sürücüləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi inzibati binanın yanından sağa, 3-cü kənar dairəvi yolla gedərək istənilən küçə və prospekt üzrə hərəkət edə bilərlər:

"Sürücülərdən bir daha xahiş edirik ki, mümkün qədər 20 yanvar dairəsi tərəfə girməsinlər. Tıxacların və yol qəzalarının baş verməməsi üçün alternativ yol olaraq 3-cü kənar dairəvi yoldan istifadə etsinlər. Şəhərdən çıxış üçün isə yol artıq açılıb və şəhərdən çıxmaq mümkündür".
Şərhlər
Hadisə bölməsinin xəbərləri