FHN xilasediciləri dənizdə batan şəxsin axtarışına başlayıblar

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, (“Corat” sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə 1 nəfər batıb.


Bu barədə APA FHN-in rəsmi saytına istinadən məlumat verir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq axtarışlara başlanıb. Əlavə məlumat veriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri