Gəncədə oğru evdən 2 min dollarlıq mal aparıb

Gəncədə yaşayış olmayan evdən kompüter və qızıl zinət əşyaları oğurlanıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhərin Qaraqoyunlu küçəsi 10 saylı evdən dəyəri 1000 ABŞ dolları olan kompüter və 1000 ABŞ dolları olan qızıl zinət əşyaları oğurlanıb.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Oğurluq edən şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri