Sabirabadda avtomobil dərəyə aşıb, ölən var

Sabirabad rayonunda avtomobil qəzası zamanı 62 yaşlı sürücü dünyasını dəyişib.


Bu barədə APA-ya Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gün günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 40-cı kilometrliyində, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1951-ci il təvəllüdlü Abdullayev Ağazadə Məmməd oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə Şirvan şəhərindən Sabirabad istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri