Sumqayıtda ofisiant ofisiantı bıçaqla qətlə yetirib

Sumqayıtda qətl törədilib.


Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 20/33 ünvanında qeydə alınıb.



Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Yaqub Bayramov mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Pərviz Əlizadəni bıçaqlayaraq qətlə yetirib.



Y. Bayramov polis tərəfindən saxlanılıb.



Prokurorluqdan bildirilib ki, hər iki şəxs restoranda ofisiant işləyirmiş.



Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri