Bakıda itkin düşən 17 yaşlı qız tapılıb

Bakıda itkin düşən 17 yaşlı qız tapılıb.


Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 28-də itkin düşən 1996-cı il təvəllüdlü Kəmalə Xudayar qızı Hüseynova iyulun 7-də yaşadığı evə qayıdıb.


Qeyd edək ki, 1996-cı il təvəllüdlü Kəmalə Xudayar qızı Hüseynova iyunun 28-də yaşadığı Xıdır Mustafayev keçəsi, ev 44 ünvanından saat 16.00 radələrində çıxıb, bir daha geri qayıtmayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri