Bakıxanovda yanğın

Bu gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yanğın baş verib. Saat 13:35 radələrində rayon Yanğından Mühafizə İdarəsinə daxil olan zəngdən sonra dərhal əraziyə 3-ü Sabunçu, 2-si isə Suraxanı rayonundan olmaqla 5 yanğın söndürən briqadası cəlb olunub.

Ramiz Qəmbərov küçəsinin tam qarşı hissəsindəki meşə zolağında başlayan alovu düz 20 dəqiqə sonra nəzarətə almaq mümkün olub. Ərazidə işləyən FHN əməkdaşlarından aldığımız məlumata görə yanğın bir neçə kiçik ağacı çıxmaq şərtilə yalnız quru ot kollarına düşüb.

Rayon Mənzil Komunal Təsərüfatı Birliyinin rəisi Oruc Əhmədov hadisə zamanı insanlar arasında xəsarətin olmadığını və vəziyyətin nəzarətə götürüldüyünü deyir.

Qeyd edək ki, ehtiyatsızlıq nəticəsində baş verildiyi ehtimal olunan yanğın 450-500 kv metr sahəni əhatə edib.



ANS
Şərhlər
Hadisə bölməsinin xəbərləri