Bakıda iki yük maşını toqquşdu

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Şahidlərin


ANS-ə verdiyi məlumata görə, Xırdalan qəbristanlığının yaxınlığındakı piyada keçidində iki ağır çəkili yük maşını toqquşub. Belə ki, arxadan sürətlə gələn yük maşını qarşıdakına çırpılıb. Nəticədə arxadan gələn yük maşının kabinəsi yerə düşüb. Sürücünün yaralandığı bildirilir. Hadisə Bakı-Sumqayıt yolunun təxminənən 10-cu kilometrliyində tıxacın yaranmasına səbəb olub.


Live.az qəzanın videosunu təqdim edir. Xatıqladaq ki, video reqstratorda vaxt və tarix düzgün quraşdırılmayıb.


Video bu gün səhər saat 08:50 radələrində çəkilib.



Şərhlər
Hadisə bölməsinin xəbərləri