Nərimanov kinoteatrı yerlə-yeksan edildi

Bakının məşhur konoteatrlarından biri - metronun "Nərimanov" stansiyasının yaxınlıındakı Nəriman Nərimanov adına kinoteatr sökülərək yerlə yeksan edilib. Bir neçə aydır ətrafı hasara alınan kinoteatrın söküntüsünə ötən gün axşam saatlarından başlanmışdı. Paytaxtın mərkəzində yerləşən və uzun müddətdir baxımsız vəziyyətə düşən bu mədəniyyət ocağı bu günə səhər bir neçə saat ərzində sökülərək tarixin “qara siyahısına” salınıb.


Söküntünü aparan şirkərinin iş icraçısına yerindəcə yaxınlaşıb məlumat almağa çalışsaq da, adını, soyadını açıqlamayan həmin bu haqda danışmaq istəmədiyini söylədi.


“Danışa bilmərəm, məlumatım yoxdur”-deyə iş icraçısı ildırım sürəti ilə ərazidən uzaqlaşdı.


Kinoteatrın söküləcəyi əvvəlcədən gözlənilsə də, onun yerində hansı obyektin tikiləcəyi hələ qaranlıq olaraq qalır.


Mədəniyyət və Turizm Nazirliyindən məsuliyyəti öz üzərlərindən ataraq kinoteantrın nazirliyin balansından çıxdığını, onun sonrakı taleyindən xəbərsiz olduqlarını dedilər.


Nərimanov rayon İcra Hakimiyyətindən isə obyektin bir müddət əvvəl özəlləşdirildiyi bildirildi. Bəzi məlumatlara görə, kinoteatrın yerində iaşə obyektinin tikilməsi planlaşdırılır.


Kinoteatr uzun müddət idi ki, çayxana və mebel salonu kimi fəaliyyət göstərirdi.


Bu da görkəmli şəxsiyyət Nəriman Nərimanovun adını daşıyan kinoteartrın sonu...





ANS, Modern.az
Şərhlər
Hadisə bölməsinin xəbərləri