Üç gün əvvəl Samur-Abşeron kanalında batan Şabran sakininin meyiti tapılıb

İyulun 4-də Samur-Abşeron kanalının Şabran rayonu, Taxtalar kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 125 km aralıda) batan şəxsin meyiti tapılıb.


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Şabran rayonunun Ləcədi kənd sakini, 1989-ci il təvəllüdlü Eldar Elxan oğlu Kiçibekovun axtarışları iyulun 7-də səhər başa çatıb.


E.Kiçibekovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 15 km aralıda tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri