Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 2 şəxs xilas edilib

Liftdə köməksiz vəziyyətdə qalmış 2 şəxs xilas edilib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 17 mərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanıb.


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirərək qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri