Şəmkir sakini bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda sərxoş kişi bədbəxt hadisə nəticəsində ölüb.


APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 4-də Şəmkir rayonu ərazisində Dəllər qəsəbə sakini Abbas Abbasov “Ford” markalı evakuatorla su arxına düşmüş “Mercedes GL 450” markalı avtomaşını trosla dartarkən avtomaşın qoşqu yerindən çıxıb və yaxınlıqda sərxoş halda gəzən rayon sakini Zakir Nağıyevi ağaca sıxıb.


Xəsarətlə xəstəxanaya yerləşdirilən Z. Nağıyev orada ölüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri