Şabranda narkotik plantasiyası aşkar edildi

Şabran polisi Ağalıq kəndi ərzisindəki meşə massivində gizli yolla becərilmiş xüsusi narkotik plantasiyası aşkar edib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, aşkarlanan narkotik plantasiyasındakı kollar polislər tərəfindən kökündən çıxarılaraq məhv edilib.

Bu kollara xüsusi qulluq edən 42 yaşlı Pərviz Qasımov becərib. Onun sözlərinə görə, becərdiyi hind çətənəsi bitkisi qurudulsaydı, ondan təxminən 10 qram marixuana əldə olunacaqdı.

Faktla bağlı cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri