Bir nəfər kanalda batıb, bir şəxsin isə cəsədi tapılıb

Bir nəfər kanalda batıb, bir şəxsin isə cəsədi tapılıb Şabranda bir nəfər kanalda batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1989-cu il təvəllüdlü Kiçibekov Eldar Elxan oğlu Samur-Abşeron kanalının Şabran rayonunun Taxtalar kəndi ərazisindən keçən hissəsində (nəzarətsiz ərazidə) ehtiyatsızlıq səbəbindən batıb.

Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Qeyd olunan şəxsin axtarışlarına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda (Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Hüseynbəyli kəndi ərazisindən keçən hissəsinə) batmış 1986-cı il təvəllüdlü Anar Nizam oğlu Ələkbərovun axtarışları başa çatıb.

Qeyd olunan şəxsin cəsədi batdığı yerdən 7-8 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri