Azərbaycanda avtovağzal direktoru bıçaqlanıb

Salyan avtovağzalının direktoru bıçaqlanıb. Salyan Rayon Polis Şöbəsinin müstəntiqi Tofiq İsmayılovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər avtovağzalının həyətində qeydə alınıb.

Avtovağzalın direktoru Nurəddin Məlikov aralarında yaranan mübahisə zəminində rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədtağı Əhədağa oğlu Əzizov tərəfindən bıçaqlanıb.

N. Məlikov Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Hadisəni törədən M. Əzizov saxlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri