Bakıda üzərində bıçaq xəsarəti olan meyit tapılıb

Qaradağ rayonu ərazisində üzərində bıçaq xəsarəti olan meyit tapılıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində B.Niftəliyev küçəsi, ev 1, mənzil 83-də yaşayan Şahin Vəliyevin boğaz nahiyəsində bıçaq xəsarəti olan meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İlkin ehtimala görə, Vəliyevin intihar etdiyi bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri