“VAZ- 2106” maneəyə çırpılıb: sürücü ölüb, iki uşaq yaralanıb

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.


Hadisə İmişli rayon mərkəzində baş verib. Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü Məmmədov Zakir Məhəmməd oğlunun idarə etdiyi “VAZ- 2106” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü ölüb, iki azyaşlı uşaq xəsarət alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.



APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri