Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Gəncə şəhəri Keçid küçəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən Ağcabədi rayonu Şənlik kənd sakini 50 yaşlı Vüsəm Cəbrayılovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri