Novxanı - Corat yolunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Azərbaycanda baş verən yol qəzasında bir nəfər xəsarət alıb.


Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Novxanı - Corat yolunda qeydə alınıb. Qəza zamanı “50-CX-933” dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomobillə “Vaz 21-099” markalı avtomobil toqquşub. Qəza nəticəsində «Mercedes» markalı avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri