Azərbaycanda heyvan dişləmələrinin daha çox qeydə alındığı rayonların siyahısı açıqlanıb

Səhiyyə Nazirliyi Azərbaycanda heyvan dişləmələrinin daha çox qeydə alındığı rayonların adlarını açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva APA-ya açıqlamasında deyib ki, ən çox heyvan dişləmələri Bakının 11 rayonundan 3-də - Sabunçu, Xəzər Suraxanı rayonlarında qeydə alınıb. Respublika üzrə isə dişləmələr daha çox Ağdaş, Şəmkir, Sumqayıt şəhərlərində, Sabirabad, Xaçmaz, Masallı rayonlarında müşahidə olunub.

Qeyd edək ki, bu ilin 5 ayı ərzində Azərbaycanda 6659 heyvan dişləməsi faktı qeydə alınıb. Bundan 5823-ü it dişləməsi, 425-i pişik, 258-i siçovul, 153-ü isə başqa heyvan dişləməsidir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri