Bakıda dəhşətli avtobus qəzası, 17 nəfər yaralanıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Maşın bazarından Biləcəriyə gedən yolda 10 TG 261 və 10 TF 965 nömrə nişanlı iki sərnişin avtobusu toqquşub. Hadisə təxminən 16:40-da baş verib.


İki eyni xətt üzrə hərəkət edən 211 saylı marşrut avtobusunun toqquşması nəticəsində hər iki sərnişin avtobusunun sürücüsü, eləcə də 17 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.


Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.


Şərhlər
Hadisə bölməsinin xəbərləri