Azərbaycanda ər arvadını öldürüb

Azərbaycanda ər arvadı qətlə yetirib. Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunbabalı kəndində qeydə alınıb.


Kənd sakini, 1976-cı il təvəllüdlü Soltan Bayramov həyat yoldaşı Aynurə Bayramovanı bıçaqlayaraq qətlə yetirib.


Hadisənin motivləri hələlik məlum deyil.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri