Gəncədə itkin düşən 18 yaşlı oğlan tapılıb

İyun ayının əvvəlindən itkin düşən Gəncə şəhər sakini tapılıb.


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, itkin düşən Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü, 3-cü qrup əlil olan Əli Gülməmmədovun Ağstafa rayonunda olduğu müəyyən edilib. O, Gəncəyə gətirilib və ailəsinə təhvil verilib.


Qeyd edək ki, Ə. Gülməmmədov iyunun 6-dan axtarılırdı.
Şərhlər
Hadisə bölməsinin xəbərləri