Bakıda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Bakıda avtomobil dərəyə aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xətai rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Nəticədə avtomobil ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, deformasiyaya uğramış avtomobildə ağır xəsarət almış sürücü və sərnişin hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri