Bakıda son 2 ayda 9 nəfər suda boğularaq ölüb

“Son 2 ay ərzində Bakıda 13 suda boğulma hadisəsi qeydə alınıb.

Bunlardan 9-u ölümlə nəticələnib”. Bunu APA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, ölüm hallarından 3-ü Xocasən gölündə batan uşaqlarla bağlıdır. O. Şahmalıyevin sözlərinə görə, digər ölüm halları Şıx, Bilgəh, Nardaran, Şüvəlan çimərliklərində qeydə alınıb: “Ümumi müraciətlər isə Mərdəkan və Şüvəlan çimərliklərindən daha çox daxil olur. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadalar müxtəlif çimərliklərdə növbətçilik çəkir. Suda boğulma halı qeydə alınan kimi, ilkin tibbi yarım göstərilir”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri