Bakıda kafe yanıb

Bakıda kafedə yanğın olub.


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda 4 mərtəbəli yaşayış binasının zirzəmisində vətəndaş tərəfindən icarəyə götürülmüş, ümumi sahəsi 35 kv.m olan kafenin mətbəxində elektrik şiti, 6 p.m elektrik naqilləri yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib.


Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri