Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 5-ci mərtəbəyə endirərək qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri