Qusarda tikintisi başa çatmamış 8 mərtəbəli binada yanğın olub

Bu gün Qusarda tikintisi başa çatmamış yaşayış binasında yanğın baş verib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın Qusar şəhərində hər mərtəbəsi 1200 kv.m olan tikintisi başa çatmamış 8 mərtəbəli binanın 8-ci mərtəbəsində baş verib.

Yanğın nəticəsində mərtəbənin tavanı və şüşə pampıqdan ibarət üzlüyü 200 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri