Bakıda qonşu qonşunu qətlə yetirib

Bakıda qətl törədilib. Bu barədə APA-ya Sabunçu Rayon Prokurorluğundan bildirilib.


Hadisə ötən gecə Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Eliset Hacımətov münaqişə zəminində qonşusu Anatoli Kabayevi bıçaqlayaraq öldürüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Hacımətov tutulub.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri