Tovuzda baş vermiş ağır qəzada 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb

Bakı-Qazax yolunda baş vermiş ağır yol-qəza hadisəsi nəticəsində 4 nəfər ölüb, iki nəfər ağır yaralanıb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Bakı-Qazax yolunda (rayon mərkəzindən 12 km aralı) sahibləri məlum olmayan "VAZ" markalı və "OPEL" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Qəza zamanı şəxsiyyəti məlum olmayan 3 nəfərin cəsədi və 2 nəfər müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən çıxarılaraq aparılıb. "OPEL" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 1 nəfər sərnişin cəsədi isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əməliyyat saat 01:30-da başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri