Masallı və Kürdəmirdə yanğın baş verib

Masallı və Kürdəmirdə ötən axşam yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Həsənli kəndində (rayon mərkəzində 10 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidə olan əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kürdəmir rayonu, Atakişili kəndində (rayon mərkəzindən 5 km aralı) məxsus ümumi sahəsi 12 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri