FHN Şirvan Milli Parkında yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Şirvan Milli Parkında bu gün baş vermiş yanğınla bağlı məlumat yayıb.



FHN Şirvan Milli Parkında yanğının söndürülməsi ilə bağlı məlumat yayıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Dövlət Qoruğunun ərazisində 400 ha sahədə quru ot və kol-kos yanıb. Qoruğun qalan hissəsi, ərazidən keçən yüksək gərginlikli elektrik xətləri və qonaq evləri yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri