Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın söndürülüb

Şirvan Milli Parkında bu gün baş yanğın söndürülüb.

APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyunun 27-də saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın saat 18 radələrində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb.

Hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb və ETSN-nin əməkdaşları bütün əraziboyu növbə çəkir.

Yanğının miqyasının öyrənilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri