“Bakcell” mobil operatorunun texniki xidmәt mərkəzində yanğın baş verib

“Bakcell” mobil operatorunun Həsən Əliyev küçәsində yerləşən texniki xidmәt mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan yoxdur.

APA-nın məlumatına görə, bu barədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib. Rza Xudiyevin jurnalistlərə verdiyi məlumata görə, yanğın 4 mərtəbəli, hər mərtəbəsinin ümumi sahəsi 800 kv metr olan binanın ikinci mərtəbəsində baş verib: “Yanğın ikinci mərtəbədə, 255 kv metr sahədə baş verib, yanğının kross otağına (avadanlıqların yerləşdiri) keçməsinə imkan verilməyib”.

FHN rəsmisinin sözlərinə görə, yanğın yanğınsöndürənlər gələndən 50 dəqiqə sonra söndürülüb.

Yanğın haqqında məlumat saat 21:30-da daxil olub.

Yanğın nəticəsində texniki personal və yanğınsöndürənlər arasında xəsarət alan olmayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri