Bakıdakı “Demirchi Tower”də silahlı insident baş verib

Bakıdakı “Demirchi Tower”də silahlı insident baş verib Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.


***





Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.


Hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib.


Bir nəfərin qətlə yetirildiyi bildirilir.


Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.



APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri