Göygöl sakini dərman içərək intihara cəhd edib

Göygöl rayon sakini intihara cəhd edib.


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Göygöl rayonunun Quşqara kənd sakini, 1945-ci il təvəllüdlü Famil Budaqov ağır metal birləşməsindən kəskin zəhərlənmə diaqnozu xəstəxanaya daxil olub. Həkimlər 68 yaşlı kişinin həyatını xilas ediblər. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.


Polis əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, F. Budaqov uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. O, ağrılara dözə bilmədiyi üçün 20 qram sink-fosfid içərək özünü öldürmək istəyib.


Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri