Azərbaycanda kişi arvadını və gəlinini qətlə yetirib

Bakıda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib.

Hadisə paytaxtın Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Valeh Vaqif oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülnarə Mürsəl qızı Bayramovanı və gəlini, 1989-cu il təvəllüdlü Sahilə Akif qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən V. Bayramov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri