Azad Cavadov qorunmayan əmanətlərə dair açıqlama verib

“Ləğvetmə prosesində olan “Parabank” və “Dekabank” ASC-lərin qorunmayan əmanətlərinin qaytarılmasına start verilsə də, digər banklarda bu prosesin başlanması gələn ilin fevral ayına qədər çəkə bilər”.

Live.Az-ın məlumatına görə, bu barədə “Report”a açıqlamasında bağlanmış bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, adı çəkilən iki bank məcburi ləğvetmədə olduğu üçün onlardakı qorunmayan əmanətlər sahiblərinə geri ödənilir: “Həmin banklardan biri – “Parabank” bank olmayan kredit təşkilatına çevrilməkdədir, buna görə də, əmanətçilər qarşısında öhdəlikləri yerinə yetirilir. “Dekabank”da isə elə də çox əmanət yoxdur, problemsiz qaytara bilirlər.

Qalan bankların bunu etməsi üçün məhkəmə qərarı olmalıdır, bu da gələn ilin fevralına qədər çəkə bilər”.

Xatırladaq ki, hazırda ADİF “Parabank” və “Dekabank”la yanaşı 9 bankın – “Royalbank”, “Bank of Azerbaijan”, “Atrabank”, “Qafqaz İnkişaf Bankı”, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Gəncəbank” ASC-lərin və “Bank Standard” QSC-nin ləğv edilməsi ilə məşğuldur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri