Dolların hərrac məzənnəsi 0,3% artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.


AMB-dən APA-ya verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7475 məzənnəsi ilə başlayıb və 1,7525 məzənnəsi ilə yekunlaşıb.


Beləliklə, artım 0,3% səviyyəsində olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri