Sumqayıt sakini baldızını güllələyib

Sumqayıtda qətl törədilib.


Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Habil Yunis oğlu Həsənov ov tüfəngi ilə baldızı, 1952-ci il təvəllüdlü Nübar Məhərrəm qızı Nabatəliyevanı güllələyib. Nəticədə döş qəfəsindən güllə xəsarəti alan N. Nabatəliyeva dünyasını dəyişib. Hadisəni törədən H. Həsənov hadisə yerindən qaçıb.


Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində H. Həsənov tutulub. O, ilkin ifadəsində həyat yoldaşını öldürmək istədiyini, lakin güllənin təsadüfən baldızına dəydiyini deyib.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri